“Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov” mövzusunda sinif təşkilat saatı keçirilib

Martın 11-də məktəbin ibtidai sinif müəllimi Bəyaz Heybətovanın rəhbərliyi ilə  “Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov” mövzusunda sinif təşkilat saatı keçirilib.             

        Məqsəd  xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqda layiqincə yaşatmış Ə.Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması, onun cəsarətli döyüş yolunu bir örnək olaraq şagirdlərin  diqqətinə çatdırmaqdır.

        Bəyaz Heybətova  Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətlərindən danışıb.  Qeyd olunub ki,  əfsanəvi döyüşçü Fransa Müqavimət Hərəkatında fəal iştirak edib.  Şagirdlərə əfsanəvi qəhrəmana həsr edilmiş film nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi