“ Tariximizə qara hərflərlə yazılan gün !” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir

    Məktəbimizin VI -X sinif şagirdləri arasında “20 Yanvar Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “ Tariximizə qara hərflərlə yazılan gün !” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqə 20 Yanvar şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlamışdır.

Müsabiqədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Şabanova qeyd etdi ki, Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

Sonra şagirdlər müsabiqənin əsasnaməsi ilə tanış edilərək müsabiqəyə start verilmişdir.

Müsabiqənin nəticəsinə əsasən qaliblər müəyyənləşdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi