Fəxri Fərmanla təltif olundu

20.10.2019 cu il tarixdə məktəbimizdə İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyinə hesr olunmuş şeir müsabiqəsi keçirilmişdi. Müsabiqədə 6A sinif şagirdi Novruzova Səkinə,9A sinif şagirdi Xanlarova Samirə seçilərək 19.11.2019- cu il tarixdə Nəsimi rayonu Xəlil Rza Ulu türk adına kitabxanada İmaddədin Nəsiminin anadan olmasının 650 illik yubileyinə hesr olunmuş şeir müsabiqəsinin seçim turunda iştirak etdilər.
26.11.2019 - cu il tarixdə Suraxanı rayonu Heydər Əliyev mərkəzində qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Adları çəkilən şagirdlərimiz Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şeir müsabiqəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olundular.