Təlim keçirildi

Peşəyönümü işinin aparılması strategiyasının düzgün qurulması məqsədi ilə 08.11.2019- cu il tarixində məktəbin akt zalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nizami rayon Məşğulluq Mərkəzinin birgə səyi ilə “Gənclərin Peşəyönümü tərbiyəsinin təşkili ” mövzusunda təlim keçirildi. Təlimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təlimçisi Sevinc Mirzəyeva keçirdi. Görüşdə tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva şagirdlərə təlimin məqsədi barədə məlumat verdi. Təlimçi Sevinc Mirzəyeva şagirdlərə mövzu ilə bağlı maraqlı təlim keçdi. Şagirdlərlə sorğu apardı onları maraqlandıran sualları cavablandırdı. Təlim diskussiya şəraitində keçdi. Təlimin əsas məqsədi ondan ibarətdir ki,gənclər peşə seçərkən düzgün seçim etsinlər.