16 Sentyabr Bilik günüdür.

16 sentyabr Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə məktəbimizdə 16.09.2019-cu il tarixdə bilik gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Təbrik üçün söz məktəbin direktoru A.Rəsulova verildi. Tədbirdə Nizami rayon İcra hakimiyyətinin nümayəndəsi iştirak edirdi. 5b və 5c sinif şagirdləri öz çıxışları ilə birinciləri təbrik etdilər. Daha sonra çıxışlar dinlənildi və birincilər üçün ilk zəng çalındı.