5 iyun “Ümumdünya ətraf mühit günü”

XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” kimi qeyd edir. Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirlir. Belə tədbirlərdən biri də 04.06.2019-cu il tarixində məktəbin kimya müəllimi Mehriban Vəliyeva, direktor müavin Aybəniz Vəliyevanın rəhbərliyi və 7 “A”, 8 “A” sinif şagirdlərinin iştirakı ilə məktəbyanı sahədə ağacəkmə aksiyası keçirildi. Şagirdlər böyük coşqu ilə bu aksiyada iştirak etdilər.

Eyni zamanda məktəbin foyesində “Ümumdünya ətraf mühit günü”nə həsr olunmuş rəsm sərgisi keçirildi Sərgidə məktəbin nəzdində fəaliyyət göstərən “Şən palitra” dərnəyinin rəhbəri İradə İmanovanın şagirdlərinin rəsmləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi