Şagird təqdimatları

29.05.2019-cu il tarixində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.1.1 bəndinə əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması, AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər, AXC-nin görkəmli nümayəndələri” mövzusunda məktəbin tarix müəllimi Fatma Əhmədova 10 “B” sinfində təqdimat keçirildi.
Mövzu barədə geniş məlumat verildi. Sərxan İsmayılovun, Vlada Elzenqirin, Leyla Hacıyevanın Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən işlər və bu dövrün görkəmli nümayəndələri haqqında hazırladıqları təqdimatlar dinlənildi, Ləman Hüseynovanın hazırladığı slayd nümayiş olundu.