101 il əvvəl Şərqdə bir günəş doğdu

Respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.

Bu gün ilə əlaqədar olaraq məktəbin ibtidai sinif müəllimləri Günay Sədiyeva, Bəyim Əliyeva, Tamella Cəfərovanın rəhbərlik etdiyi 3-cü sinif şagirdlərinin iştirakı ilə “101 il əvvəl Şərqdə bir günəş doğdu” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə başladı. Şagirdlər “Vətəndən pay olmaz” adlı səhnəcik nümayiş etdirdilər, “Vətən oğlu”, “Azərbaycan bayrağı”, “Azadlıq marşı”, “İgidlər yurdusun , ey Azərbaycan”, “And içirik”, “Yaşa, Azərbaycan” adlı mahnılar ifa etdilər və şeirlər söylədilər.

Sonda çıxış edən məktəbin direktoru Akif Rəsulov tədbir iştirakçılarını təbrik etdi və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev tərəfindən yaradıldığını,bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın getdikcə daha da inkişaf edəcəyini, qurucusunun adını əbədi yaşadacağını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi