Açıq dərs

“Təsviri incəsənət, texnologiya, musiqi” aylığı ilə əlaqədar olaraq 23.05.2019-cu il tarixində məktəbin təsviri incəsənət müəllimi İradə İmanova 5 “C” sinfində “Azərbaycan Respublikasının Dövlət gerbi” mövzusunda “Açıq dərs” keçirdi. “Açıq dərs”də məktəbin direktor müavini Günay Əhmədova iştirak edirdi.
Fəal təlim mexanizmlərinə əsaslanmış dərsin gedişatında şagirdlər Azərbaycan Respublikasına aid olan elementlərin: “Qalxan”, “Ulduz”, “Palıd” və “Sünbül” adlı dörd qrupa bölündülər. Şagirdlər gerbin parçalarının təsvirini çəkib onları rənglədilər və sonda həmin parçaları sinif lövhəsinə vurdular. Dərs zamanı şagirdlər “Azərbaycan Respublikasının gerbinin mənasını mənimsədilər.