Malta dövlətinin milli mətbəxini əks etdirən sərgi

Avropa Gənclər Olimpiya Festivalı ilə əlaqədar olaraq OCEP-2019proqramı çərçivəsində məktəbin öhdəsinə Malta dövləti ilə əməkdaşlıq etmək düşmüşdür. Bu münasibətlə məktəbin idman zalında ibtidai sinif müəllimi Nigar Quliyevanın təşkilatçılığı ilə 2 “Ç” sinif şagirdlərinin Malta dövlətinin milli mətbəxi ilə tanışlıq məqsədi ilə sərgi keçirildi. Sərgidə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər, dəvət olunmuş qonaqlar: OCEP-2019” ekspert qrupunun nümayəndələri, MOK-dan marketinq şöbəsinin müdir müavini  iştirak edirdilər.

Məktəbin foyesində 8-ci sinif şagirdlərinin – qızlarının Malta dövlətinin rəqsinin nümayişi dəvət olunmuş qonaqlarda xoş təəssürat oyatdı.

Dövlət himninin səslənməsi ilə sərgi açıq elan olundu. A.Rəsulov iştirakçıları və qonaqları salamlayaraq, “OCEP-2019” proqramı çərçivəsində keçirilən bu tədbirlərin nəticəsində dövlətlər arasında əlaqənin daha da güclənəcəyinə və Azərbaycanın xarici ölkələrdə olan nüfuzunun daha da artacağına şübhəsi olmadığını qeyd etdi.

Sərgidə yeməklərin nümayişi ilə yanaşı, qonaqların vaxtının xoş keçməsi məqsədi ilə cüdo və boks - idman növlərində məktəbin 7-8-ci sinif şagirdlərinin, gimnastika idman növü üzrə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən 2 “Ç” sinif şagirdi Aysel Xankişiyevanın çıxışları nümayiş olundu. Müxtəlif rəqslərlə çıxış edən şagirdlər böyük maraqla qarşılandılar.  Eyni zamanda sərgi boyu “Şən palitra” dərnəyinin üzvləri rəsmlər çəkdilər.

Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi