Bədii qiraət müsabiqəsi

16.05.2019-cu il tarixində “Nəsimi ili” ilə əlaqədar olaraq 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi dahi Azərbaycan şairi və mütəfəkkiri İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Həq mənəm, həq məndədir, həq söylərəm” adlı bədii qiraət müsabiqəsi keçirildi. Böyük humanist şair Nəsiminin insanı ilahiləşdirən, onu ucaldan bir-birindən maraqlı, bənzərsiz şeirləri müsabiqə iştirakçıları tərəfindən səsləndirildi. Müsabiqədə iştirak edən məktəbin 8 “A” sinif şagirdi Samirə Xanlarova bədii qiraət müsabiqəsində III yer tutduğuna görə diplomla təltif olundu.

 Onu da qeyd edək ki, müsabiqədə iştirak edən şagirdi sinif rəhbəri - Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova hazırlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi