Şagird təqdimatları

15.05.2019-cu il tarixində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.2.4 bəndinə əsasən “İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyat, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirləri” mövzusunda 9 “A” sinif şagirdlərinin təqdimatları dinlənildi. Məktəbin akt zalında keçirilən şagird təqdimatlarının dinlənilməsində məktəbin direktor müavini Aybəniz Vəliyeva və tarix müəllimi Elnarə Nuriyeva iştirak edirdilər.

Təqdimatların dinlənilməsindən öncə E.Nuriyeva çıxış edərək ta qədim zamanlardan dinimizin elmə, maarifçiliyə nə qədər əhəmiyyət verdiyini, hələ islam dinin yeni zühur etdiyi və təqib edildiyi vaxtlarda müsəlmanların Mədinə şəhərinə hicrət etdiklərini və orada ilk gördükləri işlərdən biri təhsil ocağı açmaq olduğunu bildirdi.

Daha sonra şagird təqdimatları dinlənildi. Şagirdlər hazırladıqları təqdimatlarda islamın görkəmli şəxsiyyətləri, bu şəxsiyyətlərin elmə, təhsilə verdikləri dəyərlər və söylədikləri ibrətamiz fikirlər haqqında məlumatlar, eyni zamanda Hz.Məhəmməd (s.a.s.), Hz.Əli (s.a.s.) və digər dini şəxsiyyətlərin elmə verdikləri dəyəri özündə əks etdirən müdrik kəlamları da qeyd etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi