Dəyirmi masa

Ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq məktəbin akt zalında musiqi müəllimi Sevinc Hüseynova 8 “A” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirdi. “Dəyirmi masa”da məktəbin direktor müavinləri Günay Əhmədova və Aybəniz Vəliyeva da iştirak edirdilər. S.Hüseynova, A.Vəliyeva və G.Əhmədova çıxış edərək böyük siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı əvəzedilməz rolundan söhbət açdılar. 8 “A” sinif şagirdlərindən Ülkər Rəsulova, Samirə Xanlarova, Gülşən Əhədova, Fatma İsmayılova, Səbinə Məmmədova hazırladıqları təqdimatlarda Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz fəaliyyətində və ən çətin anlarda həmişə xalqa arxalandığını qeyd etdilər. Sonda şagirdlər Ağadadaş Ağayevin “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” adlı mahnısını ifa etdilər.