Tarix yaradan insan

Azərbaycan xalqının təqvimində yadda qalan günlər sırasında 10 May xüsusi yer tutur. Çünki Azərbaycanın tarixində dönüş yaradan, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyət, bir sözlə tarix yaradan insan Heydər Əlirza oğlu Əliyevin doğum günüdür.

Hər il oduğu kimi bu il də 10.05.2019-cu il tarixində məktəbin foyesində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş rəsm sərgisi nümayiş olundu. Eyni zamanda məktəbin direktor müavini Aybəniz Vəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Əliyeva, Mehbarə Behbudzadə və 5-6-cı sinif şagirdlərinin iştirakı ilə "Tarix yaradan insan" adlı tədbir keçirildi. Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi. A.Vəliyeva və müəllimlər ulu öndər haqqında məlumat verdilər. Şagirdlər də öz növbəsində milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri, zəngin fəaliyyəti haqqında bildiklərini qeyd etdilər. Ümummilli liderin həyatını özündə əks etdirən şeirlər şagirdlərin ifasında dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi