“Vətənin qəhrəman oğulları” mövzusunda “Dəyirmi masa” keçirildi

08.05.2019-cu il tarixində məktəbin akt zalında rus dili və ədəbiyyat müəllimi İrina Babayevnın rəhbərlik etdiyi 6 “C” sinfi ilə birlikdə “Vətənin qəhrəman oğulları” mövzusunda “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”da məktəbin direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi. Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə A.Vəliyeva və İ.Babayeva şagirdlərə mövzu barədə məlumat verdilər. Şagirdlərdən Ariana Kuznetsova, Elmira Məmmədova, Tutu Mahmudova, Həyat Ələsgərova, Nərminə Sadıxlı, Fatimə Seyidəliyevanın hazırladıqları təqdimatlar əsas bu mövzuları əhatə edirdi: Aprel döyüşləri, Şuşanın işğalı, 9 May Qələbə Günü. Sonda Arzu Atakişiyevanın hazırladığı “Azərbaycanın qəhrəman oğulları” adlı slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi