"Mini futbol" turniri

30.04-07.05.2019-cu il tarixlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Nizami rayon məktəbləri arasında ənənəvi “Mini-futbol” turniri keçirilmişdir.
07.05.2019-cu il tarixində Nizami Bələdiyyəsinin “Mini futbol” meydançasında yekun oyun keçirildi. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda komandamız II yeri tutdu. Komandamız gümüş medallarla və diplomlarla mükafatlandırıldı.