Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar sərgi keçirildi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar 07.05.2019-cu il tarixində məktəbin foyesində texnologiya müəllimi Çiçək İbrahimovanın təşkilatçılığı ilə sərg keçirildi. Sərgidə xüsusi qabiliyyət və bacarığı olan şagirdlərin texnologiya dərsində hazırladıqları müxtəlif əl işləri nümayiş olundu. Sərgi məktəbin direktoru Akif Rəsulovun, direktor müavinlərinin, pedaqoji heyətin, valideynlərin və şagirdlərin marağına səbəb oldu.