Maarifləndirici tədbir

06.05.2019-cu il tarixində Təhsil Nazirliyi və “Ümidlə gələcək Sosial Təşəbbüslər” ictimai birliyinin birgə layihəsi çərçivəsində məktəbin akt zalında maarifləndirici tədbir keçirildi. Tədbirdə birliyin psixoloqu Leyla Abbasova, direktor müavini Aybəniz Vəliyeva və 6-cı sinif qızları iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd məktəblilərin sağlam həyat tərzinin təmin edilməsidir. Diskussiya şəklində keçən tədbirdə psixoloq L.Abbasova şagirdləri maraqlandıran sualları cavablandırdı. Tədbir psixoloq L.Abbasovanın mövzunu əhatə edən slaydının nümayiş ilə sona yetdi.