Maltaya gəzinti

OCEP-2019 “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 06.05.2019-cu il tarixində 8 “C” sinfində məktəbin informatika müəllimi Xuraman Xasməmmədovanın hazırladığı “Maltaya gəzinti” mövzusunda təqdimat keçirildi. Təqdimatda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səlimə Cəlilova, rus dili və ədəbiyyat müəllimi Sevinc İmanova iştirak edirdilər. Təqdimat zamanı 8 “C” sinif şagirdləri Dəniz Boyarinov və Leyla Hüseynova Maltanın tarixi, bayrağı, iqlimi, iqtisadiyyatı, nəqliyyatı, mədəniyyəti, milli geyimləri, mətbəxi və idmanı haqqında məlumat verdilər. Şagirdlərə Malta, İsoro, Xomino adalarının görüntüləri olan, həmçinin Maltanın saray və muzeyləri, bağları, kitabxanalarnın əks olunduğu slaydlar təqdim edildi. Sonda Malta haqqında təqdim edilən videoçarx böyük maraqla izlənildi.