Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar olaraq iməclik keçirildi

Azərbaycan xalqının görkəmli oğlu, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin 96-cı ildönümü münasibəti ilə 03.05.2019-cu il tarixində məktəbimizdə iməclik keçirildi. İməclikdə məktəbin direktoru Akif Rəsulov, direktor müavini Aybəniz Vəliyeva, təsərrüfat işləri üzrə direktor müavini Famil Allahverdiyev, 6-9-cu sinif şagirdləri və sinif rəhbərləri iştirak etdilər. İməclik məktəbyana sahədə keçirildi və təmizlik işləri görüldü.