Malta dövlətinə həsr olunmuş tədbir keçirildi

30.04.2019-cu il tarixində məktəbin coğrafiya müəllimi İradə Hacıyeva müxtəlif sinif şagirdlərinin iştirakı ilə Malta dövlətinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə direktor müavinləri Günay Əhmədova və Aybəniz Vəliyeva da iştirak edirdilər. 6 “A” sinif şagirdləri Malta dövlətinin qədim xalqları haqqında, 7 “A” sinif şagirdləri Malta dövlətinin qədim tarixi haqqında, 7 “B” sinif şagirdləri Malta dövlətinin demoqrafik siyasəti haqqında, 8 “A” sinif şagirdləri Malta dövlətinə getmək üçün səkkiz səciyyəvi əlamət haqqında, 8 “B” sinif şagirdləri Malta dövlətinin təhsil sistemi haqqında, 9 “A” sinif şagirdləri Malta dövlətinin musiqi və idman tarixi haqqında, 9 “B” sinif şagirdləri Malta dövlətinin turizmi haqqında, 10 “A” sinif şagirdləri Malta dövləti haqqında ümumi məlumat verdilər. Tədbirdə bir anlıq Malta dövlətinə qiyabi səyahət baş verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi