“Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi” mövzusunda mühazirə

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.3. bəndinə əsasən 29.04.2019-cu il tarixində məktəbin akt zalında “Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi” mövzusunda mühazirə keçirildi. Mühazirə məktəbin hərbi rəhbəri Elçin Əliyev tərəfindən keçirildi. Mühazirədə direktor müavini Aybəniz Vəliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdilər. E.Əliyev mövzu barədə geniş məlumat verdi. O öz çıxışında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazisində hərbi elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbiçilərimizin yetişdirilməsi məqsədi ilə 1971-ci ilin iyunun 20-də Cəmşid Naxçivanski adına ixtisaslaşmış hərbi məktəbin açılması ordu quruculuğuna və ölkəmizin müdafiə qüdrətinin güclənməsinə səbəb olduğunu qeyd etdi. Bu siyasətin layiqli davamçısı baş komandanımız İlham Əliyevin də hərb sahəsində gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verdi.
E.Əliyev mühazirənin sonunda müstəqilliyin əbədiliyi üçün güclü orduya malik olmağın əsas şərt olduğunu qeyd etdi.