Viktorina keçirildi

Fizika-riyaziyyat aylığı ilə əlaqədar olaraq 26.04.2019-cu il tarixində məktəbin akt zalında 5 “C” və 5 “Ç” sinif şagirdləri arasında riyaziyyat fənnindən viktorina keçirildi. Siniflər arasında viktorinanı məktəbin riyaziyyat müəllimləri Rüxsarə Qəmbərova və Mirvari İsayeva təşkil etmişdilər. Viktorinada məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. “Ulduz” və “Pifaqor” adlı iki komandaya bölünən sinfilər arasında gedən qızğın mübarizə nəticəsində “Pifaqor” komandası qalib gəldi.
Viktorinanın keçirilməsində əsas məqsəd diqqət, yaddaş və yaradıcılıq qabiliyyətlərinin inkişafı, şagirdlərin komanda daxilində işləmək və bir-biri ilə əməkdaşlıq etmək bacarığının formalaşdırılması idi.