“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları

25.04.2019-cu il tarixində 7 “B” sinfində  “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.1. bəndinə əsasən “Vətənin qəhrəman oğulları” mövzusunda növbəti şagird təqdimatları dinlənildi. Təqdimatların dinlənilməsində direktor müavini Aybəniz Vəliyeva və tarix müəllimi Zülfiyyə Abdullayeva iştirak edirdilər. İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ləman Hacızadənin, Rəsul Şahverənlinin, Rəvan Əhmədovun, Elvin Quliyevin vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə mübarizə apamış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmiş milli qəhrəmanlarımıza həsr olunmuş təqdimatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi