“Oxu günü” keçirildi

Yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədi ilə 21.04.2019-cu il tarixində “Oxu günü” keçirildi. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə keçirilən tədbirdə məktəbin direktor müavinləri Aybəniz Vəliyeva, Günay Əhmədova və şagirdlər iştirak edirdilər. “Oxu Günü”ndə paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdlərinin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparıldı, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “flaşmob” və digər təqdimatlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi