Təbiətin harayı

19.04.2019-cu il tarixində məktəbin həyat bilgisi müəllimi Mehriban Vəliyeva 5 “A” sinfində “Təbiətin harayı” adlı “Açıq dərs” keçirdi. “Açıq dərs”də məktəbin direktor müavinləri Günay Əhmədova, Aybəniz Vəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva iştirak edirdilər. Dərs fəal təlim mexanizmlərin tətbiqi ilə həyata keçirildi. Fəal təlimin səmərəli təşkili üçün M.Vəliyeva elektron lövhədən, təsvirlərdən və təqdimatlardan istifadə etdi. Fənn kurikulumuna əsasən “Açıq dərs” qruplar şəklində təşkil olundu. Şagirdlər “Zirvə”, “Qüvvə”, “Oksigen” və “Təbiətin keşikçiləri” adlı qruplara bölündülər. Qrupların qızğın mübarizəsi nəticəsində “Qüvvə” qrupu qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi