Məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər keçirildi

”Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə” 15 fevral 2016-cı il tarixli, 78 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, məktəbimizdə Xocalı soyqırımı ilə bağlı aşağıdakı tədbirlər keçirildi:- Sinif təşkilat saatlarında “Xocalı qəhrəmanları” ,”Xocalı soyqırımını tanıyan ölkələr” , “Xocalı soyqırımı – 20-ci əsrin faciəsi” adlı söhbətlər keçirildi.- 08.02.2016-cı ildə Xocalı soyqırımına həsr olunmuş inşa müsabiqəsi keçirildi. Müsabiqənin qalibi 10A sinif şagirdi Abdullayeva Aynur oldu.- 15.02.2016-cı il tarixdə Xocalı faciəsinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqənin qalibi 8A sinif şagirdi Həmzəyeva Adilə seçildi.-26.02.2016-cı il tarixdə məktəbin akt zalında “Xocalı həqiqətləri” adlı tədbir keçirildi. Tədbirdə rus bölməsinin 5C , 6C, 7C sinif şagirdləri iştirak etdilər. Tədbirin qonaqları Din tarixi muzeyinin əməkdaşları idi.-Məktəbimizə yaxın ərazidəki şəhid abidələri ziyarət edildi və onların qarşısına gül dəstələri qoyuldu.-“Ana fəryadı” abidəsi məktəbimizin müəllim və şagirdləri tərəfindən ziyarət olundu.2A, 3A, 3B,10A sinifləri və sinif rəhbərləri.-“Xocalı faciəsi xarici jurnalistlərin gözü ilə” adlı sənədli film nümayiş etdirildi.- 26.02.2016-cı il tarixdə ilk dərslər Xocalı soyqırımına həsr olundu və aşağıdakı məsələləri əhatə etdi:1. Xocalı soyqırımı erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi kimi;2.Xocalı rayonunun tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalisinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə,mədəniyyət ocaqları,tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri;3.Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti;4.Xocalı soyqırımı dünya mətbuatında. Xocalı faciəsinə həsr olunmuş divar qazetləri hazırlandı və məktəbin foyesində nümayiş olundu. Məktəbin təsviri incəsənət müəllimi İradə İmanovanın rəhbərlik etdiyi “Şən palitra” dərnəyi Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirdi. 29.02.2016-cı il tarixdə məktəbdə “Kimya və kimyaçılar” adlı viktorina keçirildi. Viktorinanı məktəbin kimya müəllimi Vəliyeva Mehriban İsmayıl qızı hazırlamışdı.