Şeir müsabiqəsi keçirildi

Azyaşlı şagirdlərə ədəbiyyatı sevdirmək və tanıtmaq məqsədi ilə 18.04.2019-cu il tarixində məktəbin ibtidai sinif müəllimi Nigar Quliyeva rəhbərlik etdiyi 2 “Ç” sinfində şagirdlər arasında şeir müsabiqəsi keçirdi. Müsabiqədə münsiflər heyəti qismində məktəbin direktor müavini Səlimə Cəlilova, tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva, informatika müəllimi Xuraman Xasməmmədova və ibtidai sinif müəllimi Svetlana Hüseynova iştirak edirdilər. Şagirdlərin ifasında müxtəlif mövzulara həsr olunmuş şeirlər dinlənildi. Münsiflər heyəti şagirdlərin çıxışlarını 5 ballıq sistemlə qiymətləndirdilər. Münsiflər heyətinin müzakirəsi nəticəsində qaliblər elan olundu və onlar medallarla təltif olundurlar. Digər şagirdlər diplomlarla mükafatlandırıldılar.

Sonda şagirdlər Emin Sabitoğlunun “Azərbaycan” mahnsını ifa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi