Beynəlxalq Ana dili gününə həsr olunmuş müsabiqə keçirildi

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən bütün dünyada 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilib. Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur. Bu məqsədlə məktəbimizdə 10.02.2016-15.02.2016-cı il tarixində divar qəzetləri buraxıldı. 18.02.2016-cı il tarixdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə şeir müsabiqəsi keçirildi. Müsabiqədə 5A sinif şagirdi Xanlarova Samirə şair Tofiq Bayramlının "Öz ana dilini bilməyənlər" adlı şeiri ilə qalib seçildi. 19.02.2016-cı il tarixdə isə məktəbin akt zalında "Beynəlxalq Ana dili günü"nə həsr olunmuş "Ana dilim şirindir" adlı tədbir keçirildi. Tədbiri məktəbin təşkilatçı müavini Vəliyeva Aybəniz və Azərbaycan dili və ədəbiyyat müəllimi Əsgərova Sevda hazırladı.Sinif təşkilat saatları "Ana dili günü"nə həsr edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi