Şəhid Rüfət Kazımovun ad gününə həsr olunmuş anım tədbiri

Tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva, sinif rəhbəri Sevinc İmanova və  8 “C” sinif şagirdləri 14.04.2019-cu il tarixində - şəhid Rüfət Kazımovun ad günündə onun yaşadığı Nizami rayonu Naxçıvanski 18 ünvanında vurulmuş xatirə lövhəsini ziyarət etdilər. Ziyarət zamanı şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, lövhənin qarşısına qərənfillər düzüldü.

15.04.2019-cu il tarixində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.1. bəndinə əsasən “Vətənin qəhrəman oğulları” mövzusunda məktəbin 8 “C” sinif şagirdi Nərmin Kazımzadənin şəhid əmisi Rüfət Kazımovun ad gününə həsr olunmuş anım tədbiri keçirildi. Anım tədbirində N.Kazımzadə əmisi barədə şagirdlərə geniş məlumat verdi, onun xatirələrindən söhbət açdı. Şəhidin şəxsi əşyaları: son zəngdə geyindiyi köynək, sənədlər, cəbhədən ailəsinə yazdığı məktublar, hərbi bilet, doğum haqqında şəhadətnamə, ailə albomu, əsgər yoldaşları ilə olan fotoları nümayiş olundu.

Qeyd edək ki, şəhid R.Kazımov 23.10.1992-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə həlak olub. Sonda Aysu Rzayeva və Leyla Hüseynova vətənin qəhrəman oğullarına həsr olunmuş şeirlər söylədilər, Məhəmməd Məmmədzadənin və Nərmin Kazımzadənin birgə hazırladığı slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi