Maarifləndirici görüş

Fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin olunması barədə şagirdləri maarifləndirmək və təbliğat aparmaq  məqsədi ilə 15.04.2019-cu il tarixində məktəbin akt zalında Fövqəladə Hallar Nazirliyinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları ilə görüş keçirildi. Maarifləndirici görüşdə 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin daxili xidmət kapitanı Rəhman Abdullayev, daxili xidmət kapitanı Vüsal Rəhimov, daxili xidmət baş leytenantı İslam Əkbərov, məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. İdarənin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və digər müvafiq fərdi mühafizə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verdilər. Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi