Fizika bizim ətrafımızda

15.04.2019-cu il tarixində 10 “B” sinfində fizika fənnindən "Fizika bizim ətrafımızda" adlı şagird təqdimatları dinlənildi. Təqdimatların dinlənilməsində məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri Günay Əhmədova, Aybəniz Vəliyeva, fizika müəllimi Rəna Mustafayeva iştirak edirdilər. 10 “B” sinif şagirdləri Leya Babayeva “Fizika və oyuncaqlar”, Leyla Hacıyeva “Fizika bir fincan çayla”, Teymur Şərifzadə “Fizika və tibb aləmi”, Gülnarə Qəmbərova “Fizika hərbdə” mövzularında təqdimatları dinlənildi. Təqdimatlardan bu nəticəyə gəlmək olar ki, fizikanın qanunauyğunluqları təbiətdə baş verən bütün hadisələrin, cansız və canlı materiyanın qarşılıqlı əlaqələrinin öyrənilməsində, elmi-texniki tərəqqinin inkişafında aparıcı rol oynayır. Sonda A.Rəsulov çıxış edərək şagirdlərin təqdimatlara əsasən dərsə olan maraqlarını yüksək olduğunu qeyd etdi və gələcəkdə daha böyük uğurlar qazanacaqlarına inandığını bildirdi.