Rəsm sərgisi keçirildi

12.04.2019-cu il tarixində məktəbin foyesində OCEP-2019 “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təsviri incəsənət müəllimi İradə İmanovanın rəhbərlik etdiyi “Şən palitra” dərnəyinin üzvlərinin Malta dövlətinə həsr olunmuş rəsm sərgisi keçirildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova şagirdlərə Malta dövlətinin tarixi, etnoqrafriyası və coğrafiyası haqqında ətraflı məlumat verdi. Şagirdlər sərgidə Malta dövlətinin milli atributları ilə də tanış oldular.