Debat dərs

Yeni təhsil sisteminə əsasən 08.04.2019-cu il tarixində məktəbin coğrafiya müəllimi İradə Hacıyeva 6 “A” sinfində “Amazon meşələri” mövzusunda debat dərs keçirdi. Hər bir kəsin müzakirədə iştirakını təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından olan və üçüncü tərəfi inandırma prosessini nəzərdə tutan debatlar, yəni çarpaz müzakirə zamanı şagirdlər iki qrupa bölündü. Birinci qrup “Biznes”, ikinci qrup isə “Amazon meşələri” adlandırıldı. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova da iştirak edirdi. Şagirdlər çox fəal şəkildə əldə etdikləri materiallara, faktlara əsasən üçüncü tərəfi inandırmağa çalışdılar.