Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi

Elm öyrənmək həqiqət aləminə baş vurmaqdır, təbiəti və cəmiyyəti dərk etməkdir, əxlaqi və mənəvi cəhətdən kamilləşməkdir, cəhaləti, nadanlığı, xurafatı məhv etməkdir, yaxşılığa, inkişafa doğru boy artımını stimullaşdırmaqdır. Azərbaycan ədəbiyyatı tarixində milli mədəni geriliyə, maarifə dini xurafat, avamlıq və cəhalət, ümumiyyətlə, millətin tərəqqisinə mane olan amillərə qarşı mübarizə aparan yazıçılarımız və şairlərimiz tarix boyu qiymətli əsərlər qələmə alıblar.  Hər bir ədəbi simanın yazdıqlarına bir geniş oxucu kütləsi, bir də peşəkarlar, mütəxəssislər qiymət verirlər.

Şagirdləri daha çox ədəbi əsər oxumağa cəlb etmək, maarifləndirmək məqsədilə və eyni zamanda “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.2.5. bəndinə əsasən 08.04.2019-cu il tarixində "Dini xurafat, ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi” mövzusunda məktəbin kitabxanasında təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova 8 “Ç” sinif şagirdlərinin və tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyevanın iştirakı ilə diskussiya keçirdi.

Müzakirədən öncə şagirdlər dini xurafat, ehkamçılıq və cəhalət mövzusunda yazılmış əsərlərlə tanış oldular. Oxudan sonra bu mövzuda yazılmış əsərlərin müzakirəsi, yəni diskussiyası aparıldı. Eyni zamanda Azərbaycan ədəbiyyatı ilə yanaşı rus ədəbiyyatında da dini xurafat və cəhalət mövzusunda yazılmış əsərlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi