Şagird təqdimatları

05.04.2019-cu il tarixində “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 3.1.5. bəndinə əsasən “Vətənin qəhrəman oğulları” mövzusunda növbəti şagird təqdimatları dinlənildi. Təqdimatları 7 “A” sinif şagirdləri hazırlamışdılar. Təqdimatların dinlənilməsində məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi. İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şagird təqdimatları dinlənildi.
Sonda vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş slayd nümayiş olundu.