Dəyirmi masa

Azərbaycanda sosial-iqtisadi sahələr yüksək inkişaf mərhələsi keçir. Sözsüz ki, bu irəliləyiş təhsildən yan keçmir. Dünya inkişaf tarixi göstərir ki, hər cür əhəmiyyətli inkişaf təhsildən başlayır, mədəniyyət, elm, rifah, müdafiə, təhlükəsizlik, texnoloji sıçrayışlar, iqtisadiyyat – hamısı təhsilin inkişafına bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir.
Ölkəmizdə təhsil sahəsində bir çox tədbirlər proqramı həyata keçirilir. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.2. bəndinə əsasən “Ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən təhsil sahəsində həyata keçirilən quruculuq işləri” mövzusunda 05.04.2019-cu il tarixində məktəbin tarix müəllimi Zülfiyyə Abdullayeva 7 “B” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirdi. “Dəyirmi masa”da məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi. Şagirdlər Azərbaycanda sosial-iqtisadi sahələrə, o cümlədən təhsil sahəsinə daim diqqət göstərildiyini, praktiki tədbirlər görüldüyünü, həm təhsil sisteminin maddi-texniki bazasının gücləndiyini, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyətinin artırıldığını öz çıxışlarında qeyd etdilər.
A.Vəliyeva və Z.Abdullayeva da çıxış edərək təhsil sahəsinin daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu, Azərbaycanda genişmiqyaslı sosial-iqtisadi islahatlar apardığını yüksək şəkildə qiymətləndirdiklərini bildirdilər, şagirdlərə də dövlətimizə layiqli vətəndaş kimi böyümələri üçün təhsildən yayınmamaqlarını məsləhət gördülər.