“Çağırılmamış qonaq” adlı anım tədbiri

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirləri həyata keçirilmiş,Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyin düşməndən azad edilməsindən 3 il keçir.

Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi şagirdlərimizə geniş şəkildə tanıtmaq üçün 04.04.2019-cu il tarixində məktəbin akt zalında tarix müəllimi Elnarə Nuriyevanın təşkilatçılığı ilə “Çağırılmamış qonaq” adlı anım tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Akif Rəsulov, GÇH müəllimi ehtiyyatda olan polkovnik leytenant Elçin Əliyev, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Fəxri qonaq qismində Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nizami rayon Təşkilatının Sədri Rəcəb Baxşiyev dəvət olunmuşdur.

İlk öncə bütün şəhidləri ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə şagirdlərin ifasında qəhrəman oğullarımızın şücaətini tərənnüm edən şeirlər səsləndirildi, “Şəhid ailəsi”, “Vətən qızı” adlı səhnəciklər və aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş şəhidlərimiz haqqında slayd nümayiş olundu. Daha sonra E.Əliyev çıxış edərək keçdiyi döyüş yolundan bəhs etdi. Fəxri qonağımız R.Baxşiyevə də söz verildi. O öz çıxışında bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ilə vətənpərvərliyin təbliği işinə töhfə verilir. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç zaman barışmayacaq. Evdə valideynlər, məktəbdə müəllimlər şagirdlərə vətənpərvərlik hisslərini aşılamalıdır. Sonda A.Rəsulov çıxış edərək bildirdi ki, aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi