“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları

Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər atəşkəs elan edilməsinə baxmayaraq cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini dəfələrlə pozurdular. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur.   Hərbi əməliyyatlar zamanı Azərbaycanın 31 hərbi qulluqçusu şəhid olub. 

03.04.2019-cu il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərovanın rəhbərlik etdiyi 8 “A” sinfində tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşlərinə həsr olunmuş  “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları dinlənildi. Təqdimatların dinlənilməsində məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi. İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin təqdimatları dinlənildi. Təqdimatlarda erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş ərazilər barədə məlumatları öz əksini tapmışdır.

A.Vəliyeva da çıxış edərək şagirdlərə böyük vətənpərvərlik hissi ilə hazırladıqları təqdimatlara görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi