“Azərbaycanlıların soyqırımı” adlı anım tədbiri

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Mart soyqırımı və ya Mart hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaşmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Bu gün ilə əlaqədar olaraq məktəbin foyesində soyqırıma həsr olunmuş guşə yaradılmış, akt zalında “Azərbaycanlıların soyqırımı” adlı anım tədbiri keçirildi. Tədbir soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Akif Rəsulov, direktor müavinləri, müəllimlər və 8-10-cu sinif şagirdləri ştirak edirdilər. A.Rəsulov çıxış edərək “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirdiyini, ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdiyini, minlərlə azərbaycanlıları vəhşicəsinə qətlə yetirildiyini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Tədbirdə şagirdlərin çıxışları dinlənildi. Sonda “Şamaxı soyqırımı” və “Quba soyqırımı” adlı sənədli filmlər nümayiş olundu.

Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Ona görə də şagirdlərdə vətənpərvərlik hissini oyatmaq üçün bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi