Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir

Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu məqsədlə Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 2.2.1. bəndinə əsasən “ Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir” mövzusunda 29.03.2019-cu il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günay Əhmədova 9 “C” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirdi. “Dəyirmi masa”da məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi.
G.Əhmnədova şagirdlərə Azərbaycanın milli geyimləri, toy adət-ənənələri, qonaqpərvərlik, incəsənət – musiqi, teatr, milli rəqslər, dinlər haqqında həm şifahi şəkildə, həm də görüntülü şəkildə ətraflı məlumat verdi. Şagirdlər də öz növbəsində mövzu haqqında bildiklərini bölüşdülər. Sonda şagirdlər balaban musiqi alətinin ifasında “Sarı gəlin” mahnısına qulaq asdılar.