Diskussiya keçirildi

Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.1. bəndinə əsasən “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusunda 28.03.2019-cu il tarixində məktəbin tarix müəllimi Vahid Bayramov 9 “A” sinif şagirdlərinin iştirakı ilə diskussiya keçirdi. Diskussiyada məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi.
V.Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsində bütün sahələrdə - neft, səhiyyə, mədəniyyət və s. sahələrdə əldə olunan uğurlar haqqında şagirdlərə ətraflı məlumat verdi. O öz çıxışlarında bir daha qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın milli inkişafının əsasıdır.