Dəyirmi masa

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.4. bəndinə əsasən “Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı iqtisadi layihələrin keçirilməsi” mövzusunda 27.03.2019-cu il tarixində məktəbin tarix müəllimi Reyhan Zeynalova 9 “B” sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirdi. "Dəyirmi masa"da məktəbin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Vəliyeva da iştirak edirdi.

R.Zeynalova Azərbaycanın beynəlxalq aləmdə yürütdüyü siyasət haqqında şagirdlərə ətraflı məlumat verdi. Eyni zamanda 9 ”B” sinif şagirdləri Lamiyə Baləmmirova “Yeni əsrin müqaviləsi”, Səbinə Zeynalova “Rusiya-Azərbaycan əlaqələri”, Firuzə Bağırova “Əsrin müqaviləsi”, Zeynəb Nəcəfli, Nuray Hüseynli “Dünya bankının Azərbaycanda mövqeyi”, Nərmin Musayeva, Tamella Məmmədova “Bakıda beynəlxalq biznes formu” mövzularında təqdimatlar hazırlamışdılar. Diskussiya çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi