8 mart - Beynəlxalq Qadınlar Günü

Hər il olduğu kimi bu il də qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olan 8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyd edilir və bu bayram ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Bayram ilə əlaqədar olaraq məktəbin akt zalında musiqi müəlliməsi Sevinc Hüseynova 5-8-ci sinif ilə,  ibtidai sinif müəllimi Günay Sədiyeva 3 “C” sinfi ilə birlikdə “Bu gün analar günüdür”, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova 8 “A” sinfi ilə “Əziz müəllimlər bayramınız mübarək!” adlı tədbirlər keçirdilər. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Bİr-birindən maraqlı şeirlər söylədilər, yarışmalar keçirdilər, mahnılar ifa etdilər.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi