“Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilən festival keçirildi

5 mart ölkəmizdə “Bədən tərbiyəsi və İdman Günü”dür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. 

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 5-ci mövsümündə 05.02.2019-cu il tarixində məktəbin idman zalında “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilən “İdman Festivalı ” keçirildi. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləyirdilər.

 “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilən festivalda məktəbin 3 “A”, 3 “B” və 3 “C” sinif şagirdləri mübarizə aparırdılar. Qızğın mübarizə nəticəsində 3 “C” sinfi I yerə, 3 “B” sinfi II yerə və 3 “A” sinfi isə III yerə layiq görüldü .

Eyni zamanda Malta dövlətinin milli rəqsləri məktəbin şagirdlərinin ifasında nümayiş olundu. Festival hamıda böyük maraq oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi