“1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür” adlı tədbir

Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.

Bu məqsədlə 01.03.2019-cu il tarixində  Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi. Belə ki, 2, 5 və 6-cı siniflərdə Mülki Müdafiə dərsləri keçirildi. Məktəbin foyesində bu günlə əlaqədar rəsm sərgisi və fövqəladə hallara həsr olunmuş eksponatlar nümayiş olundu. Akt zalında “1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür” adlı tədbir keçirildi. İlk söz məktəbin direktoru Akif Rəsulova verildi. A.Rəsulov bu gün barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Sonra məktəbin hərbi rəhbəri Elçin Əliyev, 6 “A” sinif rəhbəri Mehparə Behbudzadə çıxış etdilər. Onlar öz çıxışlarında gənc nəsli dövlətçilik ruhunda tərbiyə etmək, məktəblilərin hərbi xidmətə hazırlığını yüksəltmək, müəllim-şagird heyətinin baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları haqqında şagirlərə geniş məlumat verdilər. Sonda qeyd olunan fikirləri özündə əks etdirən video çarxlar nümayiş olundu.

Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etməkdir. Dövlətimiz Mülki Müdafiə işçilərin işini və fədakarlığını daima lazımınca qiymətləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi