Seminar keçirildi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planının 1.1.5. bəndinə əsasən “Ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər” mövzusunda 28.02.2019-cu il tarixində məktəbin tarix müəllimi Elnarə Nuriyeva 10 “A” sinif şagirdlərinin iştirakı ilə seminar keçirdi. E.Nuriyeva mövzu barəsində şagirdləri ətraflı şəkildə məlumatlandırdı. O öz çıxışında Prezident İlham Əliyevin əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin vaxtaşırı artırılması, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərin görülməsi haqqında imzaladığı sərəncamları bütün ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirdiyini qeyd etdi və onu da bildirdi ki, İlham Əliyevin bu istiqamətdə apardığı işlər barəsində atılan ilk addımlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi