Xocalı faciəsinə həsr olunmuş tədbirlər

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar olaraq məktəbin ibtidai sinifləri də müxtəlif formatlı tədbirlər keçirdilər.

1 “Ç” və 4 “B” sinif şagirdləri məktəbin foyesində Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş foto-stend və guşələrin qarşısında “Vətən”, “Şəhidlər”, “Əsgər”, “Xalq” mövzusunda şeirlər və mahnılar söylədilər.

4 “A” sinfində keçirilən tədbir öyrədici sual-cavabla başladı. Xocalı soyqırımının gənc nəslə çatdırılması, Azərbaycan xalqının məruz qaldığı soyqrımlar haqqında şagirdlərin maarifləndirilməsi məqsədi ilə  keçirilən tədbirdə şagirdlər torpaqlarımız, tariximiz və qəhrəmanlarımız haqqında bildiklərini nümayiş etdirdilər. Sonda bu faciənin vəhşiliklərini əks etdirən səhnəcik göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi