“ Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya

Erməni qaniçənlərinin 1992-ci il fevralın 25-dən 26-na geçən gecə tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri amansız qətliamdan 27 il ötür. Bu qanlı əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Bu soyqırımı unutdurmamaq və gənc nəsilə ötürmək məqsədi ilə hər il təhsil müəssisələrində tədbirlər keçirilir.

Bu məqsədlə 26.02.2019-cu il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Nigar Quliyeva rəhbərlik etdiyi 2 “Ç” sinfi ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş “ Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya keçirdi. Tədbirdə direktor müavinləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbir faciə qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azyaşlı olmalarına baxmayaraq şagirdlər çox böyük məharətlə şeirlər söylədilər, hazırladıqları səhnəcikləri nümayiş etdirdilər. Sonda direktor müavini Səlimə Cəlilova Xocalı faciəsi haqqında şagirdlərə bir daha məlumat verdi, şagirdlərin çıxışlarından razı qaldığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi