İlk dərslər Xocalı faciəsinə həsr olundu

18-25 fevral 2019-cu il tarixlərində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar sənədli və bədii filmlərin nümayişi təşkil olundu. Eyni zamanda 26.02.2019-cu il tarixində də 6 “B” sinfində ilk dərs Xocalı faciəsinə həsr olundu. Dərs zamanı Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Rəsulova şagirdlərə Xocalı faciəsi haqqında məlumat verdi, şagirdlər də öz növbəsində müəllimlə bu soyqırım haqqında müzakirələr apardı. Müzakirələrdən sonra soyqırımı əks etdirən sənədli və bədii filmlər nümayiş edildi.